DSX-nin 26 yaşlı baş çavuşu xidmət zamanı vəfat etdi

Siyasət
10 Ara 2021
12:06
Dövlət Sərhəd Xidmətinin baş çavuşu xidmət etdiyi hərbi hissədə vəfat edib.

“zirvetv.az.” DSX-nin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, dekabr ayının 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürək tutmasından halı pisləşib.

Onun dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişib. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırılması üzrə müvafiq tədbirlər həyata keçirilir.