Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Siyasət
30 Kas 2021
13:42
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

“zirvetv.az xəbər verir ki, XİN-in tviter hesabında edilən paylaşımda deyilir:

“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.