Polis polkovniki vəfat etd

Siyasət
7 Ekm 2021
10:29
Azərbaycanda uzun müddət daxili işlər orqanlarında çalışmış polis polkovniki Maksim Qədirov vəfat edib.

“zirvetv.az ” xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən M.Qədirov ötən gecə dünyasını dəyişib.

Mərhumun xalası oğlu Natiq Dağlaroğlunun məlumatına görə, 75 yaşlı sabiq rəis son 5 gündür ki, xəstəliyi ilə əlaqədar Mərkəzi Klinikada müalicə alırmış. Həkimlərin səylərinə baxmayaraq, M.Qədirovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub. Kəlbəcər, Laçın və Qobustan Rayon Polis Şöbələrinin rəisi vəzifələrində çalışıb. 2017-ci ildən təqaüdə çıxıb. Xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.

Polis polkovniki vəfat etd