verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsi nəticəsində bölgədə yaranmış yeni reallıqlar və cari regional təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasından bəhs edərək, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiyini vurğuladı. O, ölkəmizin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə lazımi addımları atdığını qeyd etdi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə başladığını həmkarının diqqətinə çatdırdı.
Təsisçi və Baş direktor: Quliyeva Əntiqə Tel:(+99451) 696-77-87 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.