Ankara Əfqanıstandakı vəziyyəti diqqətlə izləməyə davam edəcək”

Siyasət
2 Eyl 2021
07:50
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstanda qeyri-döyüş missiyalarında iştirak edən hərbçilərə minnətdarlığını bildirib.

“zirvetv.az Ankara Əfqanıstandakı vəziyyəti diqqətlə izləməyə davam edəcək”” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbəri Kayseri vilayətindəki hərbi bazaya gedərək Kabildən qayıdan hərbçilərə müraciət edib.

Hulusi Akar qeyd edib ki, 2002-ci ildən Əfqanıstanda Türkiyə kontingenti sıralarında ən azı 20 min hərbi və mülki mütəxəssis xidmət keçib.

Nazir kontingentin Kabildən çıxarılması prosesinin 48 saatdan az vaxt tutduğunu bildirib. “Kabil beynəlxalq aeroportu ərazisində yüklənmə və gərginliyə baxmayaraq, türk hərbçilərinin təxliyyəsi mütəşəkkil və uğurla həyata keçirilib", - deyə Akar qeyd edib.

Nazir bildirib ki, Ankara bundan sonra da Əfqanıstandakı vəziyyəti diqqətlə izləyəcək