Ağdamda beynəlxalq konfrans keçiriləcək

Siyasət
25 Ağu 2021
20:05
Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir.

Bu barədə “zirvetv.az Qarabağ Dirçəliş Fondundan məlumat verilib. Bildirilib ki, məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.
KonfransdaAğdamda beynəlxalq konfrans keçiriləcək

Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;

- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı istiqamətlərində müzakirələr aparılacaq.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz.