Bu gün Putinlə Merkel görüşəcək

Siyasət
20 Ağu 2021
06:57
Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel cümə günü Moskvada danışıqlar aparacaqlar. Bu, onların koronavirus pandemiyası başladığı vaxtdan bəri ilk əyani görüşü olacaq.

Bu barədə “zirvetv.az” “RİA Novosti”yə istinadən xəbər verir.

“Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmək, həmçinin bir sıra aktual beynəlxalq və regional məsələləri nəzərdən keçirmək planlaşdırılır”, - Kremlin mətbuat xidməti bildirib.

Merkel Moskvaya səfəri zamanı, həmçinin Kremlin divarları yaxınlığında naməlum əsgərin məzarı önünə əklil qoyacaq.