İlham Əliyev Putinə başsağlığı verdi

Siyasət
6 Tem 2021
20:30
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə təyyarə qəzası ilə bağlı başsağlığı verib.

"Zirvetv.az İlham Əliyev Putinə başsağlığı verdi məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm".