Putin Özbəkistan Prezidenti ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Bu barədə “zirvetv.az ” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər regional problemlərlə bağlı, ilk növbədə, Əfqanıstanda vəziyyətin gərginləşməsi kontekstində fikir mübadiləsi aparıblar.
“İkitərəfli gündəlikdə duran məsələlər müzakirə edilərkən Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına yüksək qiymət verilib”, - məlumatda deyilir.
İki ölkənin prezidentləri gələcək əlaqələr barədə razılığa gəliblər.