Putinlə Merkel arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə “zirvetv.az ” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Federal Kanslerin xahişi ilə Rusiya Prezidenti iyunun 16-da Cenevrədə keçirilmiş Rusiya-ABŞ sammitinin əsas nəticələri barədə məlumat verib.
Telefon danışığı nasist Almaniyasının SSRİ-yə hücumunun 80 illiyi və Rusiyada qeyd olunan Xatirə günü ilə əlaqədar olub.
“Angela Merkel nasist rejiminin başladığı müharibənin gətirdiyi saysız-hesabsız bəlalar və iztirablarla əlaqədar şəfqət hisslərini dilə gətirib. Hər iki tərəfdən o illərin faciəli hadisələri haqqında tarixi yaddaşın qorunub saxlanılmasının vacibliyi vurğulanıb. İndi də ümumi qitəmizin təhlükəsizliyinin təmin edilməsinin yalnız birgə səylərlə mümkün olmasına diqqət çəkilib”, - məlumatda deyilir