Bunu şiddətlə pisləyirik

Siyasət
4 Haz 2021
17:52
Bu, Ermənistan tərəfindən jurnalistlərimizə və mülki şəxslərimizə qarşı növbəti terror aktıdır”.

“zirvetv.az ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.

“Biz Azərbaycan mediası olaraq bunu şiddətlə pisləyirik və bütün beynəlxalq təşkilatları hadisəyə qiymət verməyə çağırırıq. Allahdan ölənlərə rəhmət diləyirik, ailələrinə başsağlığı veririk və yaralılara şəfa diləyirik” - deyə, Ə. İsmayılov qeyd edib.

Xatırladaq ki, bu gün Kəlbəcərdə “Kamaz” markalı sərnişin avtomobilinin minaya düşməsi nəticəsində 3 nəfər həlak olub. Onlardan ikisi jurnalist, digəri isə RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir. Avtomobilin minaya düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib