Pentaqon rəhbəri israilli həmkarı ilə görüşüb
ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Beni Qantsla görüş keçirib, tərəflər Yaxın Şərq regionunda təhlükəsizlik problemlərinin həllini, Fələstin və İsrail arasında barışığı müzakirə ediblər.
Bu barədə “zirvetv.az ” TASS-a istinadən xəbər verir.
“Müdafiə naziri Lloyd Ostin pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlər də daxil olmaqla, bir sıra regional təhlükəsizlik problemlərinin həlli üçün müdafiə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə İsrailin müdafiə naziri Beni Qantsla görüşüb”, - Pentaqonun bəyanatında deyilir.
Müdafiə naziri, həmçinin vurğulayıb ki, ABŞ administrasiyası mayın 21-də həm israillilər, həm də fələstinlilər üçün təhlükəsizliyin təmin edilməsi üçün barışıq haqqında sazişi dəstəkləyir.