Prezidentin köməkçisi Avropa İttifaqı komissarı ilə görüşdü

Siyasət
18 May 2021
07:50
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.

“zirvetv.az ” xəbər verir ki, görüşdə Aİ ilə Azərbaycanın ikitərəfli münasibətləri müzakirə edilib.

Bundan başqa, Dağlıq Qarabağda müharibədən zərər çəkənlərə Aİ-nin yardımları, COVID-19 pandemiyasına görə iqtisadi bərpa və pandemiyadan sonrakı dönəm gündəmdə olub.

Onlar, həmçinin, TAP layihəsinin potensialı barədə danışıblar.