Volkan Bozkır Bakıya yola düşdü

Siyasət
8 Nis 2021
19:48
BMT Baş Assambleyasının sədri olaraq Dohadakı təmaslarımı tamamladım və bir azdan Bakıya uçuram”.

“Zirvetv.az ” xəbər verir ki, bunu sosial media hesabında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır yazıb.

O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək:

“Bundan başqa, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyəm”.

Qeyd edək ki, V.Bozkır bundan əvvəl Türkiyəyə gəlmiş, orada bir sıra rəsmi təmaslardan sonra Qətərə yollanmışdı.