Balaxanı Sənaye Parkında rezidentlərin sayı 22-yə çatıb

İqtisadiyyat
29 Mrt 2021
11:24
10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının artıq 22 rezidenti var, onlardan 16-sı fəaliyyət göstərir.

Zirvetv.az məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O, qeyd edib ki, "Yaşıl iqtisadiyyat" prinsipləri ilə fəaliyyət göstərən Parkda təkrar emal və 0 tullantı prinsipi ilə işləyən müəssisələrə üstünlük verilir.