Azərbaycanda tikinti materiallarının istehsalı artıb

İqtisadiyyat
23 Mrt 2021
15:08
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 82,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artıb.
Zirvetv.az məlumatına görə, tikinti gipsinin istehsalı 4,0 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 19,5 faiz, tikinti əhənginin istehsalı 18,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,7 faiz artıb.

Tikinti kərpicinin istehsalı 7,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 20,4 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 65,7 faiz, asfaltın istehsalı isə 77,6 faiz azalıb.