Pərakəndə ticarət dövriyyəsi 1,3 faiz azalıb

İqtisadiyyat
22 Mrt 2021
13:02
2021-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6027,9 milyon manatlıq, o cümlədən 3205,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2822,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən zirvetv.az verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 302,1 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.