Cəlilabadda II Çiyələk festivalı keçirilib

İqtisadiyyat
20 May 2023
22:02


Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə II Çiyələk festivalı keçirilib.

"ZirveTv"nin məlumatına görə, festivalda dövlət, hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkənin digər rayon və şəhərlərindən qonaqlar, eləcə də rayon sakinləri iştirak ediblər.

Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Festivalın açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edib. Çiyələk festivalının iştirakçılarına çiyələyin istehsalı və qazanılan uğurlar barədə məlumat verilib. Respublikada ikinci dəfədir təşkil edilən bu məhsul bayramı Cəlilabadda meyvəçiliyin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan çiyələk bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir.

Festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş etdirilib. Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və ənənə halına çevrilən çiyələk məhsulları təqdim olunub. Nümayiş etdirilən əl işləri, idmançıların, rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları alqışlarla qarşılanıb.

Festival tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti ilə yekunlaşıb.

Əntiqə Quliyeva.