Azərbaycanda neft emalı 13%-dək azalıb

İqtisadiyyat
8 Ağu 2022
16:05
Azərbaycanda neftin emalı 2022-ci ilin yanvar-iyul aylarında 3,4 mln. ton təşkil edib, bu da illik müqayisədə 12,8% azdır.

Bu barədə “zirvetv.az -a” Energetika Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan nefti birinci yarımildə 50%-dək bahalaşıb
Altı ayda Səngəçal terminalından 114 mln. barel neft və 12,5 mlrd. kubmetr "Şahdəniz" qazı göndərilib
Qarabağda ilk “Azpetrol” məntəqəsi açılacaq - FOTO
Məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə 3,9 mln. ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.