Fermerlərlə silsilə görüşlər keçirilir

İqtisadiyyat
7 Nis 2022
11:47
Payızlıq əkinlərin bəyanı prosesinin vaxtında həyata keçirilməsi arpa və buğda əkinlərinə görə subsidiyaların ilin əvvəlində verilməsinə imkan yaradır”.

“zirvetv.az ” xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Şəki və İsmayıllıda fermerlərlə keçirilən görüşlərdə deyib.

Onun sözlərinə görə, ttən ilin sonlarında Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarla birlikdə bu istiqamətdə apardığı maarifləndirmə işləri öz müsbət nəticəsini verib və taxılçı fermerlərin mütləq əksəriyyəti öz əkinlərin vaxtında bəyan edərək, subsidiya almaq üçün elektron müraciət ediblər.Quliyev qeyd edib ki, Aqrar Kredit və İnkişaf Agentliyi fevral ayından başlayaraq taxıla görə əkin subsidiyalarını fermerlərin kart hesablarına köçürməyə başlayıb: “İndiki tarixə torpaq sənədlərində problem olmayan, öz sahələrindən aqrokimyəvi analiz vermiş və əkinlərini aqrar sığorta etdirmiş fermerlərin hamısı subsidiyalarını alıblar”.

O bildirib ki, subsidiyalarını ala bilməmiş fermerlərin əksəriyyəti torpaq sənədləri natamam olan fermerlərdir.

Görüşlərdə bildirilib ki, mayın sonlarından başlayaraq Azərbaycanda taxıl biçininə start veriləcək. Hazırda taxıl sahələrinə gübrə verilməsi prosesi davam edir.



Müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Analoji formatda görüşlərin qrafik üzrə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.