Azərbaycan neftinin qiyməti 125 dolları keçdi

İqtisadiyyat
24 Mrt 2022
11:26
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"Zirvetv.az " xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,26 ABŞ dolları və ya 5,2% artaraq 125,57 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.