Azərbaycan neftinin qiyməti 112 dolları ötdü

İqtisadiyyat
18 Mrt 2022
10:43
Azərbaycan neftinin qiyməti bahalaşıb.

“zirvetv.az” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,21 faiz artaraq 112,01 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.