5 gəmiçi məsuliyyətə cəlb olundu

İqtisadiyyat
14 Mrt 2022
14:00
5 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "zirvetv.az_a" bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Xəzər dənizi sahilboyu ərazilərdə 16 asma mühərrikli qayıq saxlanılaraq sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin sürücülük vəsiqələri yoxlanılıb.

Təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (görmə məsafəsi məhdud olduğu hallarda günün qaranlıq vaxtı idarəetmə, sürücülük hüququ, habelə xilasetmə və digər təchizat avadanlıqları olmadan kiçikhəcmli gəmilərin istismarı, bort nömrəsinin olmaması) pozan 5 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda, gəmi istifadəçiləri ilə maarifləndirici söhbətlər aparılıb.