Rublun son durumu

İqtisadiyyat
10 Mrt 2022
21:45
Bu gün Moskva birjasında hərracların bağlanışında dolların məzənnəsi 1,25% azalaraq 118,5 rubla, avro isə 1,57% azalaraq 125 rubla düşüb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilib.

Moskva birjasında valyuta ticarəti zamanı rubl əvvəlki sessiyanın sonuna kimi dollar və avroya nisbətən 2-3%-dən çox möhkəmlənib.

Qeyd edək ki, Ukraynaya qarşı müharibənin başlamasına bir gün qalmış 1 ABŞ dolları 80 rubla bərabər olub.