Spirtli içkilərə görə aksiz vergisi artırılır

İqtisadiyyat
3 Kas 2021
11:16
Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litrə görə 80 qəpik artırılacaq.

“zirvetv.az ” xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3 manat 20 qəpik təşkil edir. Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.


Məcəlləyə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.