Müqavilələrin sayı azalsa da, toplanan sığorta haqqı 16 faiz artıb

İqtisadiyyat
26 Tem 2021
17:57
2020-ci ilin yanvar-iyun ayları ərzində 8345 sığorta müqaviləsi rəsmiləşdirilib və 1,066,243.00 manat sığorta haqqı toplanıb.

İcbari Sığorta Bürosundan "zirvetv.az Müqavilələrin sayı azalsa da, toplanan sığorta haqqı 16 faiz artıb daxil olan məlumata görə, 2021-ci ilin müvafiq dövründə isə 5919 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 1,237,159.00 manat sığorta haqqı toplanıb.

6 aylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir. Sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır.

Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olub. Bundan əlavə, 2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498,353.01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258,696.47 manat sığorta ödənişi həyata keçirilib. 2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2,570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2,587 manat təşkil edib.