Süveyş kanalından tarixi rekord
Mart ayında “The Ever Given” gəmisinin qəzaya uğraması nəticəsində altı gün dünyanın gündəmindən düşməyən Süveyş kanalının 2020-2021-ci maliyyə ilində əldə etdiyi gəlir açıqlanıb.
“zirvetv.az
” xarici KİV-ə istinadən xəbər verir ki, kanalın bu maliyyə ilində tarixinin ən yüksək illik gəlirini əldə etdiyi bildirilir.
Süveyş kanalı İdarəsinin rəhbəri Usamə Rabi açıqlamasında qeyd edib ki, iyunda başa çatan maliyyə ilində kanalın gəliri 5,84 milyard dollar olub. Ötən il isə bu rəqəm 5,72 milyard dollar təşkil etmişdi.
Onun sözlərinə görə, kanaldan keçən gəmi sayı il ərzində 2,3 faiz artaraq, 9 min 546-dan 9 min 763-ə çatıb.
Qeyd edək ki, dünya dəniz ticarətinin 12 faizi Süveyş kanalı vasitəsilə həyata keçirilir.