Elza” 50 mindən çox istehlakçını işıqsız qoydu

İqtisadiyyat
11 Tem 2021
09:40
Kanadananın Atlantik Kanada əyalətində hökm sürən tropik “Elza” qasırğası 50 mindən çox istehlakçını elektrik enerjisiz qoyub.

Bu barədə “zirvetv.az ” CBC telekanalına istinadən xəbər verir.

Qeyri-sabit hava şəraitindən daha çox Yeni Şotlandiya və Nyu-Bransuik əyalətləri zərər çəkib. Bu bölgələrdə küləyin sürəti 28 m/s-yə çatıb, nəticədə çox sayda elektrik xətti zədələnib. Fövqəladə briqadalar artıq fəlakətin nəticələrini aradan qaldırır. Zərərçəkmişlər barədə məlumat daxil olmayıb.

Kanada Milli Meteorologiya Bürosunun məlumatına görə, artıq zəifləyən qasırğa iyulun 10-na keçən gecə ölkənin şərq sahillərinə çatıb.