Kredit Fondu əsgərlikdən qayıdıb oxumaq istəyənlərə imkan yaratmalıdır”

İqtisadiyyat
22 Haz 2021
11:46
Tələbə kreditləri ilə bağlı Fondun yaradılması çox müsbət haldır. Ancaq düşünürəm ki, kreditlərin verilməsi məsələsində balı yüksək olanlara yox, maddi imkanı aşağı olanlara kömək etmək lazımdır”.

“zirvetv.az ” xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentdə deyib. O, Təhsil Nazirliyindən bu məsələni diqqətdə saxlamağı xahiş edib.

Deputat həmçinin hərbi xidmətə getdiyinə görə sonradan təhsil ala bilməyən gənclərdən söz açıb: "Bir çox gənc hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirə bilmir. Tələbə Kredit Fondu ilk növbədə onlara imkan yaratmalıdır. Həmin gənclər gələcəkdə yaxşı mütəxəssis, dövlət işçiləri ola bilər"