Cüdoçumuz Murad Fətiyev “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

İdman
27 Mrt 2021
19:49
Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası daha bir bürünc medal qazanıb.

Zirvetv.az məlumatına görə, yarışda 87 kiloqram çəkidə mübarizə aparan Murad Fətiyev bürünc medal uğrunda kanadalı idmançı Antuane Valua-Forte ilə üz-üzə gəlib. Rəqibi üzərində qələbə qazanan cüdoçumuz üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın birinci günündə 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov da bürünc medala sahib olub.

Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.