DÇ-2022: Azərbaycan millisi Portuqaliya ile görüşüb

İdman
25 Mrt 2021
09:11
DÇ-2022-nin seçmə mərhələsinin I turu çərçivəsində "A" qrupunda yer alan Azərbaycan yığması Portuqaliya komandası ilə qarşılaşıb.

Zirvetv.azin məlumatına görə, İtaliyanın Turin şəhərində keçirilən oyun Portuqaliyanın 1:0 qələbəsi ilə başa çatıb.

Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində aktivinə 3 xal yazdırıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.