Şabranda sərbəst güləş idman növü üzrə açıq Şabran birinciliyi keçirilmişdir - FOTOLAR

İdman
2 May 2023
14:00


"ZirveTv" -nin bölgə müxbiri xəbər verir ki, 29 aprel 2023-cü il tarixində Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rayon İcra Hakimiyyəti və YAP Şabran rayon təşkilatının dəstəyi ilə “Heydər Əliyev İli”nə həsr edilmiş Şahnəzərli kənd tam orta məktəbinin idman zalında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilimişdir.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.



Yarışın açıliş mərasimində Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, Şahnəzərli kənd tam orta məktəbin direktoru Finurə Ələsgərova, Vətən Müharibəsi qazisi Zahid Qafarov iştirak etmişlər.



Birincilikdə Şabran, Bakı, Quba, Xaçmaz və Siyəzən rayonundan olan 2008-2010 və 2011-2013-cü il təvəllüdlü 200-dək yeniyetmə idmançı iştirak etmişdir.

Yarışın sonunda I-III yeri qazanan idmançılar diplom və medallarla təltif olunmuşlar.

Atayeva Günay