Messi "Barselona"nın heyətində çıxdığı oyun sayına görə rekorda imza atıb

İdman
22 Mrt 2021
09:55

"Barselona" futbol klubunun Argentinalı hücumçusu Lionel Messi Kataloniya klubunda oynadığı oyun sayına görə yeni rekorda imza atdı.
Zirvetv.az məlumatına görə, L.Messi İspaniya Çempionatının 28-ci turunu çərçivəsində "Real Sosyedad" ilə səfər matçında "Barselona"nın start heyətinə oyuna daxil olub.


Beləliklə, 33 yaşlı futbolçu 768-ci oyuna çıxıb. Əvvəlki rekord "Barselona" nın keçmiş yarımmüdafiəçisi Xaviyə məxsus olub (767 oyun).