Əfsanəvi futbolçu Pele vəfat etdi

İdman
30 Ara 2022
00:10
Braziliya millisinin sabiq oyunçusu, üçqat dünya çempionu Pele vəfat edib.

Xarici mətbuata istinadən xəbər veririk ki, 82 yaşlı Pele xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Braziliyanın "Santos" və Amerikanın "Nyu-York Kosmos" komandalarının heyətində çıxış edən hücumçu 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.