“Yuventus” avrokuboklardan da uzaqlaşdırıla bilər

İdman
21 Ara 2022
13:00
“Yuventus” avrokuboklardan da uzaqlaşdırıla bilər.

UEFA “Yuventus”u avrokuboklardan uzaqlaşdıra bilər. Buna səbəb İtaliya klubunun maliyyə pozuntularına yol verməsidir.

Bildirilir ki, bu iddialar sübutunu tapsa, qitə futbol qurumu Turin təmsilçisini Avropa Liqasından kənarda qoyacaq. İtaliya Futbol Federasiyası hazırda araşdırmalar aparır.

Xatırladaq ki, daha əvvəl mətbuatda koronavirus pandemiyası zamanı “Yuventus”un gizli şəkildə oyunçularına maaş ödədiyi barədə məlumat yayılmışdı, baxmayaraq ki, klub oyunçuların müvəqqəti olaraq puldan imtina etdiyini açıqlamışdı. “Qoca sinyora” 17 futbolçuya təxminən 60 milyon avro ödəyib. Futbolçuların maaşdan imtina etməsi ictimaiyyətə açıqlansa da, “Yuventus” rəhbərliyi futbolçularla gizli müqavilələr bağlayıb, böyük məbləğdə pul ödəyib.