İstefa verən baş katib yenidən vəzifəsinə qayıtdı
İyunun 10-da Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi vəzifəsindən istefa verən Hafiz Verdiyev yenidən öz işinə qayıdıb.
Bu barədə “zirvetv .az ”a federasiyanın prezidenti Ələddin Əliyev məlumat verib.
O bildirib ki, Hafiz Verdiyevlə aralarındakı problem həll edilib: “Hafiz müəllim, yenidən federasiyanın baş katibidir. Onunla olan bütün problemli məsələlər həll edilib”.
Hafiz Verdiyev özü də saytımıza açıqlamasında bunu təsdiq edib: “Sadəcə rəsmi sənədləşməni gözləyirik”.