Millimizin baş məşqçisini belə ələ saldılar
Futbol üzrə Azərbaycan millisinin Slovakiya yığmasına da uduzması baş məşqçi Canni de Byaziə qarşı olan tənqidləri bir qədər də artırıb.
“zirvetv.az ” xəbər verir ki, bu dəfə italiyalı mütəxəssisin işini veteran futbolçulardan İlqar Qurbanov tənqid edib.
O, məşqçinin işinə ironik yanaşaraq, feysbuk hesabında “B , A , Pro (məşqçilik dərəcələri – red) oxumaq fikrim var idi, belə başa düşürəm ki, C bəsdir” yazıb.
Statusun şərh bölməsində isə millinin sabiq futbolçusu Asif Məmmədov şəhr yazıb.
“Eminin (Mahmudov-red) yerinə Abbası buraxmaq üçün C də lazım deyil” – deyə “Qəbələ”nin yarımmüdafiəçisi bildirib.
Yığmanın sabiq yarımmüdafiəçisi Vaqif Cavadov isə posta “Biz nağıl danışırıq, futbolu bilmirik... adamlar bilir nə edir” şərhini yazıb.