İşıq kəsildi, oyun gec başladı

İdman
7 Haz 2022
09:23
UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunun Avstriya - Danimarka oyunu təyin olunan vaxtdan gec başlayıb.

“zirvetv.az ” xəbər verir ki, buna matçın keçirildiyi “Ernst Happel” stadionunda elektrik enerjisinin kəsilməsi səbəb olub.

Baş verənlərə görə saat 22:45-də başlaması planlaşdırılan görüşə saat 00:15-də start verilib.