Şirvan Güləş Klubu Şamaxıda yarış keçirdi

İdman
29 May 2022
12:55
Şirvan Güləş Klubunun təşkilatçılığı ilə Şamaxı şəhərində güləş üzrə açıq birincilik keçirilib.

“zirvetv.az ” xəbər verir ki, yarış 28 May - Müstəqillik Gününə həsr edilib.

Yarışın təşkilatçısı Şirvan Güləş Klubunun prezidenti Oleq Krapivin və vitse-prezident Rafael Abdullayev olub.

2007-2009-cu il təvəllüdlü idmançılar arasında keçirilən yarışdan öncə təşkilatçılar Ulu Öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.Daha sonra turnirin açılış mərasimi keçirilib. Açılış mərasimində əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək iştirakçılara uğurlar arzu edib.

Bundan sonra Şirvan İdman Klubunun rəhbəri Oleq Krapivin çıxış edib. O, yarışın əhəmiyyətindən söz açıb. Krapivin yarışda iştirak edən idmançıların gələcəkdə milli komandanı təmsil edəcəyindən və dünyada bayrağımızı qaldıracaqlarından əmin olduğunu bildirib.



Turnirdən öncə həmçinin xüsusi mükafatlar təqdim edilib. Şirvan Güləş Klubunun rəhbəri Oleq Krapivin yarışın təşkilatında dəstək göstərənləri təltif edib.

Həmçinin, Şirvan İdman Klubunun rəhbəri Oleq Krapivin və vitse-prezident Rafael Abdullayev də təltif edilib.



Açılış mərasimində sənət adamları da çıxış edib. Tanınmış müğənnilər Mirələm Mirələmov, Yaşar Cəlilov və Vüqar Abdulov ifalar səsləndiriblər.

Bundan sonra yarışda həlledici qarşılaşmalara start verilib. Gərgin keçən görüşlərdən sonra qaliblərə mükafatlar təqdim edilib.