Liverpul” parada hazırlaşır
Liverpul” İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq, çempionluq paradı keçirəcək.
“zirvetv.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tədbir mayın 29-na - İspaniya “Real”ı ilə ÇL-in final oyunundan bir gün sonraya təyin olunub.
Mersisayd təmsilçisi sözügedən turnirlərdə qalib olmasa belə, İngiltərə Kuboku və Liqa Kubokunu qazanmasını qeyd edəcək. Paradda futbolçuların olduğu avtobus təqdim olunacaq.