Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək komanda bu adlardan seçiləcək
Həm güllə, həm də stend atıcılığı üzrə Respublika çempionatı bizə atıcılıq idmanında yeni nəslin yetişməsi barədə yüksək ümidlər verdi” – bunu Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, müstəqil ölkəmizə ilk olimpiya qızılı qazandırmış Zemfira Meftaxetdinova ölkə kuboku yarışlarının nəticələrini şərh edərkən bildirib.
Mayın 12-dən başlayan 4 günlük yarışlarda müxtəlif bölgələrimizdən olan gənclər stend atıcılığı üzrə ölkə kubokunu qazanmaq uğrunda mübarizə aparıblar.
Ölkənin müxtəlif rayonlarını təmsil edən gənclər stend atıcılığının səngər və dairəvi növlərində kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında yarışıb. Yarışda 15 idmançı müxtəlif kateqoriyalarda fərqlənərək, diplom və təltiflərlərlə mükafatlandırılıb.
Növün adı
I yer
II yer
III yer
Fərdi
Səngər stendi (kişilər)
Quliyev Əlimirzə
Hüseynli Əli
Ağazadə Mirmömin
Səngər stendi (qadınlar)
Camalova Aydan
Rəfixanova Alina
Eyvazova Ülviyyə
Dairəvi stend (kişilər)
Ağazadə Niyaz
Qurbanov Fuad
Həsənov Cavid
Dairəvi stend (qadınlar)
Cəfərova Nurlana
Meftaxetdinova Riqina
Nəcəfova Sevda
Qarışıq komanda
Səngər stendi
Quliyev Əlimirzə, Əmrahova Şəfəq
Ağazadə Mirmömin, Babayeva Aydan
Hüseynli Əli, Camalova Aydan
Dairəvi stend
Qurbanov Fuad, Cəfərova Nurlana
Həsənov Cavid, Meftaxetdinova Riqina
Mustafayev Əli, Nəcəfova Sevda
“Atıcılıq idman növünün özünəməxsus xüsusiyyətlərindən biri də bu yarışla məşğul olmaq üçün uşaq vaxtlarından başlamağın lazım olmamasıdır. Belə üstünlük bizə imkan verir ki, yeniyetmələrimiz arasında bu istiqamətdə istedad və bacarığı olanları aşkarlayıb, ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlayaq” – Zemfira Meftaxetdinova belə deyib.Atıcılıq təkcə idman növü deyil, həm də diqqət, səbr və məqsədə gedən yolu doğru hədəfləyən vərdişlər toplusudur. Biz gənclərimizi bu sahəyə cəlb etməklə, onlarda həm də bu xüsusiyyətlərin möhkəmlənməsini arzulayırıq” – bunu Federasiyanın baş katibi Emin Cəfərov bildirib.
Qeyd edək ki, Respublika Kuboku yarışlarının qaliblərindən ibarət komanda ölkəmizi mayın 27-dən iyunun 7-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək Dünya Kuboku yarışlarında təmsil edəcək.