Super Liqanı tərk edən son klublar da müəyyənləşdi

İdman
7 May 2022
07:10
Türkiyə Super Liqası ilə vidalaşaraq növbəti mövsümdən 1-ci liqada çıxış edəcək son klubların adına aydınlıq gəlib.

“zirvetv.az” xəbər verir ki, bunlar “Altay” və “Çaykur Rizəspor” olub.

Çempionatın 36-cı turunda “Qaziantep” “Kayserispor”la heç-heçə edib. “Qaziantep” xallarının sayını 43-ə çatdırıb və hazırda 16-cı pillədə qərarlaşır. Bununla da qarşıda 3 matçı qalan və 33 xalı olan “Altay” və “Çaykur Rizəspor” Super Liqada qalmaq üçün bütün şanslarını itiriblər.

Qeyd edək ki, bundan əvvəl “Göztəpə” və “Yeni Malatya” klublarının da əsas liqanı tərk etməsi rəsmiləşib.