Şəhriyar Məmmədyarov “Oslo Esports Cup”da ikinci qələbəsini qazandı

İdman
27 Nis 2022
08:07
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Oslo Esports Cup"ın turnirində növbəti görüşünü keçirib.

"Zirvetv.az" xəbər verir ki, şahmatçımız beşinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib.


Qarşılaşma təmsilçimizin 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov ilk turda Le Kuanq Liyemə (Vyetnam) qalib gəlib, sonrakı turlarda hindistanlı Rameşbabu Praqnanandha, kanadalı Erik Hansen və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Təmsilçimiz hazırda 6 xalla 8 şahmatçı arasında 6-7-ci pillələri bölüşür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.