Bir nəfər yazmışdı ki, bunun qalstukuna bax”

İdman
21 Nis 2022
18:10
Həmişə haqlı tənqidlərə normal yanaşacağam. Çünki tənqidlərdən daim nəsə götürmək, o səhvi düzəltmək olur”.

“zirvetv.az” xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib. O, təyinatından öncə gələn tənqidi şərhlərdən danışıb:

“Media nümayəndələri ilə yaxşı səviyyədə münasibətlər quracağıq. Hələ təyinatımdan öncə baş katib postuna gətiriləcəyimlə bağlı xəbər paylaşılmışdı. Bir nəfər şərh bildirmişdi ki, “bunun qalstukuna bax”. Digər bir nəfər yazmışdı ki, “siftə məndən, davamı sizdən: Sərxan istefa”. Bu cür mövzular gülməlidir, yumorla yanaşıram. Qalan tənqidlərə normal yanaşacağam. Təki təhqir olmasın”.

S. Hacıyev milli komandanın qarşıdakı hədəflərindən və yerli məşqçi təyinatı ilə bağlı mövzudan danışıb: “Düzdür, milli komandanın nəticələri ürəkaçan deyil. Buna hamı üzülür. Qarşıda bizi Millətlər Liqası gözləyir. Orada qrup birinciliyi hədəf olaraq qarşıya qoyulub. Amma bu gün desək ki, yüz faiz bu olacaq, doğru deyil. Slovakiyanı gedib udacağıq, 100 faizlik deyil. Amma hədəfimiz var. Yerli məşqçiyə gəlincə, ölkədə kifayət qədər yüksək səviyyəli məşqçilər var. Bu barədə hələ ki, heç nə deyə bilmərəm. Yığmanın çalışdırıcısı Canni De Byazidir. Onunla ümid edirik ki, uğurlu olacağıq. Uğursuz olsaq, nələr dəyişəcək, bu, hələ bəlli deyil”.