Pele növbəti dəfə xəstəxanaya yerləşdirildi

İdman
20 Nis 2022
05:09
Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.

"Zirvetv.az" xarici KİV-ə istinadən xəbər verir ki, 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Paulodakı “Albert Eynşteyn” klinikasına yerləşdirilib.

Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.

Xatrıladaq ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Həmin əməliyyatdan sonra Pele tez-tez xəstəxanaya yerləşdirilir