Beşiktaş” İtaliyadan futbolçu alır

İdman
18 Nis 2022
18:16
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

“zirvetv.az” xəbər verir ki, İstanbul təmsilçisi “Verona”nın müdafiəçisi Koray Günterlə maraqlanır. “Qara qartallar” türkiyəli mərkəz müdafiəçisi üçün A Seriyası klubu ilə danışıqlara başlayır.
“Verona” 2023-cü ilin yayında müqaviləsi başa çatacaq 27 yaşlı futbolçu üçün 2 milyon avro tələb edir. “Beşiktaş” isə bu məbləği aşağı salmağa çalışır.