Qarabağ” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a qarşı

İdman
15 Nis 2022
08:26
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.

“zirvetv.az” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

Günün digər matçı lider “Qarabağ”la “Şamaxı” arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur
15 aprel

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə.
Bakı. “Azersun Arena”, 19:30.