Xırdalanda şəhidin məzarı ziyarət edildi

İdman
11 Nis 2022
15:11
Abşeron rayonunda şəhid ailələrinin, müharibə əlillərinin və Vətən müharibəsi qəhrəmanlarının yaşadığı yeni Yaşayış Kompleksində iməclik və ağacəkmə kampaniyası keçirilib.

“zirvetv.az” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan iməclikdə RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qaziləri və rayon ictimaiyyəti iştirak edib.

İməclik zamanı kompleksin ətrafı məişət tullantılarından təmizlənib və texniki vasitələrlə ərazidən uzaqlaşdırılıb.

Daha sonra icra başçısı Abdin Fərzəliyev Kompleksin sakinləri ilə görüşüb, yaşayış məntəqəsinin problemləri ilə maraqlanıb.

Tədbir iştirakçıları daha sonra şəhid Ataşov Asif Kərim oğlunun anadan olmasının 20-ci ili münasibəti ilə Xırdalan Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib şəhidimizin ruhuna dualar oxuyub, onun döyüş yolundan, cəbhədə göstərdiyi şücaətlərdən söz açıb.