Bu gün Şamaxıda Premyer Liqa matçı var

İdman
9 Nis 2022
08:07
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura start verilir.

“zirvetv.az” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyunu Şamaxıda keçiriləcək. Burada artıq tarixin yaddaşına qovuşan “Keşlə” yeni adı (“Şamaxı”) ilə “Neftçi”ni qəbul edəcək.

Günün digər qarşılaşması isə “Sabah” və “Zirə” komandaları arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası

22-ci tur
9 aprel

“Şamaxı” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Şamaxı şəhər stadionu, 14:00.

“Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Masazır. “Bank Respublika Arena”, 17:00