Şəhriyar Məmmədyarovdan FİDE Qran-prisində ilk qələbə

İdman
26 Mrt 2022
09:37
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyada keçirilən FİDE Qran-prisində ilk qələbəsini qazanıb.

"Zirvetv.az " xəbər verir ki, ötən gün baş tutan 4-cü turda Məmmədyarov almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cüdə gedişdə Şəhriyarın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan şahmatçısının Qran-pridəki ilk qalibiyyəti olub.

Qeyd edək ki, 37 yaşlı qrossmeyster birinci turda keçirdiyi hər üç oyunda heç-heçə edib. Hazırda Məmmədyarovun aktivində 2,5 xal var.